Ekşteyn: “Vacib odu ki, “Sabah”la oyunda 3 xal qazanaq”
- 20 Fev 2020 20:40
- 808
“Səbail” Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”la qarşılaşacaq.
Rekord.az xəbər verir ki, bu oyun “dənizçilər”in yeni transferlərindən olan Hendrik Ekşteyn üçün əlamətdar olacaq.
Belə ki, cənubi afrikalı futbolçu ilk dəfə sabiq komandasına - “Sabah”a qarşı forma geyinmək şansı qazanacaq. Axı o, mövsümün əvvəlində böyük ümidlərlə bu kluba gətirilsə də, qışda müqaviləsinə xitam verilmişdi.
Ekşteyn keçmiş klubuna qarşı oyun ərəfəsində klubun mətbuat xidmətinə açıqlama verib:
“Mən bu oyuna xüsusi münasibət bəsləmirəm. Vacib odu ki, 3 xal qazanaq. Bilirik ki, "Sabah" çətin rəqibdi. Lakin qələbə üçün əlimizdən gələni edəcəyik".