“Sabah” klubu Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubundan futbolçu Bəhlul Mustafazadənin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb.

Rekord.az xəbər verir ki, bu barədə “Sabah” rəsmi saytı vasitəsiyı məlumat yayıb. Məlumatda deyilir:

“Futbolçunun keçidindən imtina, transfer reallaşdıqdan 18 gün sonra edilib. Hansı ki, futbolçunun “Sabah”la müqaviləsi artıq qüvvədən düşmüş hesab edilirdi. Klubumuz məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA-ya müraciət etməyə hazırlaşır. Bəhlulun statusuna gəldikdə isə, futbolçu hazırda azad agentdir”.