![photo](https://www.rekord.az/storage/uploads/5/510d0e579968456f8fa51c5d2524b5e5.jpg)
“El Klasiko”nun vaxtı açıqlandı
- 18 Mar 2021 18:20
- 611
Futbol üzrə İspaniya La Liqasının 29 və 30-cu turun proqramı açıqlanıb.
Rekord.az xəbər verir ki, 30-cu tur çərçivəsində keçiriləcək “Real” - “Barselona” matçının da vaxtı müəyyənləşib.
“El Klasiko” aprelin 10-da baş tutacaq. Paytaxt Madriddə keçiriləcək qarşılaşmaya yerli vaxtla saat 21:00-da start veriləcək.
Qeyd edək ki, mövsümün ilk “El Klasiko”sunda “Real” 3:1 hesabıyla qalib gəlib.
Yeri gəlmişkən, “Real Sosyedad” və “Atletik” komandaları arasında keçirilməli olan İspaniya Kubokunun final matçı ilə də bağlı yekun qərar verilib. 2019/20 mövsümündə koronavirus pandemiyası səbəbindən təxirə salınan bu matç aprelin 4-də Sevilyadakı Olimpiya stadionunda baş tutacaq.
İspaniya Futbol Federasiyasından verilən məlumata görə, final matçına azarkeş buraxılmayacaq. Həlledici oyunun boş tribunalar önündə keçirilməsi qərara alınıb.
Qeyd edək ki, İspaniya Kubokunda 2020/21 mövsümünün final matçında da "Barselona" və "Atletik" komandaları qarşılaşacaq.