Kristiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” klubu baş məşqçi Luis Kastro ilə bağlı qərar verib.

Rekord.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi portuqaliyalı mütəxəssisi istefaya göndərib. Bu barədə yerli mətbuat məlumat yayıb.

62 yaşlı mütəxəsssislə müqaviləyə xitam verilib.

İstefaya səbəb komandanın superkubokun final matçında “Əl-Hilal”a 1:4 hesabı ilə məğlub olmasıdır.

Luis Kastro ötən ilin yayında “Əl-Nəsr”in baş məşqçisi təyin olunmuşdu.