Səudiyyə Ərəbistanının Kral Kubokunun final oyunu keçirilib.

Rekord.az xəbər verir ki, həlledici görüşdə “Əl-Hilal”la "Əl-Nəsr" üz-üzə gəlib.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol vurulmayıb və görüş penaltilər seriyasına qədər uzanıb.

Burada "Əl-Hilal" daha dəqiq olaraq (5:4) kubokun sahibi olub.

Matçın final fitindən sonra “Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo qazona uzanaraq ağlamağa başlayıb. Komanda yoldaşları və klub işçiləri ona təsəlli verib.