“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Əlcəzair yığmasının və Birləşmiş Ərəb Əmirliklərinin “Xor Fakkan” klubunun yarımmüdafiəçisi Mehdi Abeydi transfer edib.

30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.

Abeyd peşəkar futbola “Lans”da başlayıb, “Nyukasl”, “Sent Conston”, “Panatinaikos”, “Dijon”, “Nant” və “Əl-Nəsr” kimi klublarda da forma geyinib. Yarımmüdafiəçi Əlcəzair millisində 19 oyuna çıxıb, 1 qol vurub.