Elçin Məmmədov “Beşiktaş”ın oyununda
- 28 Sen 2023 12:30
- 329
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 5-də Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda keçiriləcək “Beşiktaş” (Türkiyə) – “Lugano” (İsveçrə) matçında UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.