Elçin Məsiyev Konfrans Liqasının oyununda
- 03 Okt 2023 11:40
- 381
FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 5-də keçiriləcək “Klaksvik” (Farer adaları) – “Lill” (Fransa) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimləri türkiyəli Mete Kalkavan və Erkan Engin olacaq.