Azərbaycanlı FİFA referisi Elçin Məsiyev Avropa Konfrans Liqasının oyununa təyinat alıb.

Rekord.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovanın “Petrokub” və Şimali Makedoniyanın “Sileks” komandaları arasında keçiriləcək 1-ci təsnifat mərhələsinin cavab oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də keçiriləcək “Petrokub” – “Sileks” matçına saat 21:00-da start veriləcək.