Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, Səmədli futzal üzrə Avropa çempionatının əsas mərhələsinin İtaliya - Belarus oyununun hakim-inspektoru olacaq.


II qrupun birinci turu çərçivəsində keçiriləcək qarşılaşma yanvarın 30-da Kataniyada baş tutacaq.