Futzal üzrə AÇ-2026-nın əsas mərhələsi çərçivəsində keçiriləcək Niderland – Portuqaliya oyununun hakim-inspektoru Elçin Səmədli olacaq.


Rekord.az xəbər verir ki, o, martın 12-də isveçrəli hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək.


7-ci qrupda yer alan komandaların görüşünü Daniel Matkoviç, David Şaerli və Emanuele Karbala idarə edəcək.