Elçin Səmədliyə UEFA-dan yeni təyinat
- 16 Okt 2023 16:30
- 253
Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, Səmədli futzal üzrə Çempionlar Liqasının 6-cı qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda “Gentofte” (Danimarka), “Riqa” (Latviya), “Radnik Bijeljina” (Bosniya və Herseqovina) və “Plzen” (Çexiya) komandaları mübarizə aparacaq. Oyunlar oktyabrın 25-dən 28-dək Çexiyada təşkil olunacaq.