Eldəniz Əzizli təxirə salınan Olimpiada haqda: "Hər şey yenidən başlayacaq"
- 24 Mar 2020 19:22
- 1220
Tokio 2020 Olimiya Oyunları rəsmən təxirə salınıb. "Rekord.az" xəbər verir ki, bu gün Yaponiyanın baş naziri və beynəlxalq olimpiya komitəsinin prezidenti arasında telefon danışığı olub və koronavirus pandemiyasının daha da geniş çevrəni əhatə etməsinin qarşısının alınması məqsədilə Tokio olimpiadasının 1 il sonraya təxirə salınması razılaşdırılıb. Yarışların adı Tokio-2020" olaraq qalacaq. Tokio-2020 bu il 24 iyul - 9 avqust tarixlərində keçirilməli idi.
Koronavirus təhlükəsi üzündən ABŞ, Kanada, Braziliya, Böyük Britaniya, Avstraliya, İspaniya, Yeni Zelandiya və Norveç kimi ölkələr mötəbər yarışa komanda göndərməyəcəklərini açıqlamışdılar. Tokio-2020-yə nəinki yollanacağına, hətta medal qazanacağına böyük ümidlər bəslənilənlərdən biri də yunan-roma güləşi üzrə Avropa və dünya çempionu Eldəniz Əzizli idi. Əzizli rekord.az-a olimpiadanın təxirə salınması ilə bağlı fikirlərini bölüşüb: "Bu il düşünülən idmançılar gələn il həmin formada olacaqlar, ya yox bu sual altındadı. Üzərimizə böyük yük düşür. Deyiləcək söz yoxdur. Hər şey yenidən başlayacaq. Böyük psixoloji təsirdir. Hər kəs nəinki idman, hətta bütün həyat planlarını ona uyğun qurmuşdu. Hər bir idmançının arzusu əvvəlcə iştirak, sonra Olimpiya medalıdı. Bizim idmançılar çox mübarizdi. İnanıram ki, çalışıb gələn il qatılacaqlar".