
“Elə oyun idi ki, uda da, uduza da bilərdik” - Baxşıyev
- 14 Mar 2025 22:00
- 33
“Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxsıyev Misli Premyer Liqasını 27-ci turunda "Şamaxı"ya qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı eheç-heçəyə belə şərh verib:
"Ağır komandaya qarşı oynadığımızı bilirdik. Oyunu iki hissəyə bölərdim. Birinci hissədə biz yaxşı oynadıq, epizodlar yaratdıq, qol vurduq. Fasilədən sonra rəqib epizodlara girdi və hesabı bərabərləşdirdi. Elə oyun idi ki, uda da, uduza da bilərdik. Bir xal qazandıq.
Millinin oyunları ilə əlaqədər yaranacaq fasilədən sonra heyətimizin tam komplektləşəcəyinə ümid edirəm. Təsəvvür edin, heyətimizin 7 nəfər üzvü zədə və cəza səbəbindən oyunda iştirak etmirdi. Belədə rotasiya etmək, oyunu gücləndirmək çətin olur.
Millinin heyəti ilə bağlı şərh vermək istəmirəm. Bu, baş məşqçinin seçimidir. Amma "Araz-Naxçıvan"da da komandaya milliyə dəvət olunacaq futbolçuların olduğunu düşünürəm".