Türkiyənin “Bursaspor” klubu baş məşqçisi Fatih Təkkə ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə 1-ci liqa klubunun rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun da formasını geyindiyi bu komanda bu gün səfərdə “Tuzlaspor”la qarşılaşıb və meydanı 1 xalla tərk edib – 0:0. Məhz bu matçdan sonra 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanıb.

Bursa təmsilçisi Təkkənin başçılığı altında meydana çıxdığı 4 oyunda cəmi 4 xal toplaya bilib. O, avqustun 24-də bu komandaya baş məşqçi təyin olunmuşdu. Bu, “Bursaspor”da cari mövsümdəki ikinci baş məşqçi istefasıdır.