![photo](https://www.rekord.az/storage/uploads/5/w-29.jpg)
“Ələskərovun penaltini hansı istiqamətə vuracağını bilirdim”
- 18 Avq 2023 18:30
- 303
“Namik Ələskərovun penaltini hansı istiqamətə vuracağını bilirdim”.
Rekord.az xəbər verir ki, bunu "Partizan"ın qapıçısı Aleksandr Yovanoviç Serbiyada "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan sonra “Sportal.bg” saytına açıqlamasında deyib.
Qolkiper penaltilər seriyasında qaləbə qazanmaları barədə danışıb. O, Ələskərovun 11 metrlik cərimə zərbələrini həmişə sağ küncə yönəltdiyini söyləyib: "İlk uğursuz cəhddən sonra bəzi futbolçular topu başqa yerə vurmaq barədə düşünürlər. Amma mən bilirdim ki, Namik böyük məsuliyyət daşıdığından qərarını dəyişməyəcək".