"Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev hazırda çıxış etdiyi "Makkabi"dən (Petah-Tikva) ayrılması haqda məlumat vermişdik.

Rekord.az" xəbər verir ki, bundan xəbər tutan “Sumqayıt” Babayevi yenidən geri qaytarmaq niyyətində idi.

Futbolçuya qeyri-rəsmi olaraq ilkin təklif də göndərilmişdi. Lakin əldə etdiyimiz məlumata görə, Babayev yenidən Azərbaycana qayıtmaq məsələsinə isti baxmayıb və İsraildə qalmağı üstün tutub.