Əlirza Müştəbazadə: "Sistemimiz o cür olduğu üçün mən də elə oynadım" MÜSAHİBƏ
- 13:00
- 82
"Səbail"in qapıçısı Əlirza Müştəbazadə "Turan Tovuz"la 1:1 başa çatan oyundan sonra Rekord.az-a müsahibə verib:
- Qış fasiləsindən sonra 7 xal toplamısınız ki, burada sənin də az əməyin yoxdur. Tərif kimi çıxmasın, hamı səndən danışır. Özündən bu cür çıxış gözləyirdin?
- Çox sağ olun. Açığı gözləmirdim. Sadəcə, çox yaxşı məşqlər keçirik, mənə də çox böyük dəstək olurlar. Mən də çalışıram əlimdən gələnin ən yaxşısını edim. Belə parlayacağımı gözləməsəm də, düşünürəm ki, əziyyətimizin bəhrəsidir.
- Həm də verilən şansdan istifadə etdin...
- Şansı verən Allahdı, biz də təbii ki, çalışırıq düzgün istifadə edək.
- Meydançada çox inamlı təsir bağışlayırsan, demək olar ki, üzündə həyəcan hiss olunmur...
- Hər zaman bu cür olmağa çalışıram.
- "Turan Tovuz"da oyunda demək olar ki, meydançanın mərkəzinə qədər gəlirdin, arxadan oyun qururdun. Risk hiss eləmirdin ki, birdən rəqib uzaq məsafədən qol vura bilər?
- Xeyr, elə bir risk yox idi. Məşqçilərimiz belə tapşırıq vermişdi. Yəni sistemimiz o cür olduğu üçün mən də elə oynadım.
- 1 xal qazanmağınıza baxmayaraq, yenə də sonuncu pilləyə düşdünüz. Növbəti oyunlardan nə gözləyirsən?
- Ancaq qələbə. Ən azı hər oyundan xal götürməliyik.
- Yeri gəlmişkən, növbəti matçınız "Qarabağ"la kubok matçıdır. Kubokda konkret hədəfimiz var, yoxsa əsas hədəfiniz çempionatla bağlıdır?
- Onu yalan deyərəm, o haqda məlumatım yoxdur
- Bəlkə də bu haqda sual vermək tezdir, amma gələcəkdə yəqin ki, milli komandada forma geyinmək arzun var?
- Hələ ki, bu haqda fikirim yoxdur. İnşAllah nə vaxtsa çağırsalar, əlbəttə. bayaq da dedim, şansı verən Allahdı.
Anar XANLAROV