Əliyar Ağayev AÇ-2020-nin oyununa təyinat aldı
- 09 Okt 2019 18:00
- 775
FİFA referisi Əliyar Ağayev AÇ-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.
Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, oktyabrın 12-də keçiriləcək Farer adaları – Rumıniya qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.