Əliyar Ağayev Avropa Liqasının oyununda
- 20 Sen 2020 15:02
- 684
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb.
Rekord.az xəbər verir ki, o, bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya) matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
“Styaua” – “Slovan” matçı sentyabrın 24-də keçiriləcək.