![photo](https://www.rekord.az/storage/uploads/5/eliyar-3.jpg)
Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat aldı
- 03 Avq 2023 19:20
- 307
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.
Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.