Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. 

Rekord.az xəbər verir ki, Ağayev DÇ-2022-nin Slovakiya və Kipr milliləri arasında keçiriləcək seçmə mərhələ oyununu idarə edəcək. 

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq.

Sentyabrın 7-də, Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.