Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələ matçına təyinat aldı
- 25 Mar 2021 16:15
- 606
FİFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
Rekord.az xəbər verir ki, martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.