Əliyar Ağayev “Espanyol”un futbolçusunu meydandan qovdu
- 25 Okt 2019 14:20
- 895
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasında növbəti matçını idarə edib.
Rekord.az xəbər verir ki, o, qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən "Ludoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya) oyununu idarə edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağayev bu oyunda 7 sarı, 1 qırmızı vərəqə göstərib. O, meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna rəsmi xəbərdarlıq edib. Görüşün 88-ci dəqiqəsində isə referimiz "Espanyol"un müdafiəçisi Xavi Lopezi ikinci sarı vərəqə ilə meydandan qovub.
Əliyar Ağayevə bu oyunda Zeynal Zeynalovla Akif Əmirəli yan xətt hakimi kimi kömək edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.