![photo](https://www.rekord.az/storage/uploads/5/eliyar-agayev.jpg)
Əliyar Ağayev Super Liqa matçına təyinat aldı
- 02 Apr 2021 17:15
- 563
Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının oyununa təyinat alıb.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının çempionluq qrupunun 2-ci turunun “Panatinaikos” – PAOK matçını idarə edəcək.
Aprelin 4-də keçiriləcək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.