![photo](https://www.rekord.az/storage/uploads/5/187389-d95zryp1r3.jpg)
Əliyar Ağayev və Elçin Məsiyev UEFA seminarında
- 25 Avq 2023 16:31
- 288
FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA seminarında iştirak edəcək.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev sentyabrın 3-dən 6-dək İsveçrənin Cenevrə şəhərində UEFA-nın ən yaxşı hakimləri üçün 2023/24 yay kursunda iştirak edəcək.
Seminara Elit və Birinci dərəcəli hakimlər arasından seçilmiş referilər dəvət edilib.
Toplantının əsas məqsədləri bunlardır:
- UEFA-nın əvvəlki mövsümdəki oyunlarının təcrübəsini öyrənmək;
- Yeni mövsüm üçün əsas təlimatlarla tanış olmaq;
- İştirakçıların fiziki hazırlıq səviyyəsini yoxlamaq.
Məsiyev isə 29-31 avqust tarixlərində UEFA-nın baş ofisində UEFA Talant və Mentor proqramı çərçivəsində təşkil ediləcək proqramda iştirak edəcək.