Əliyar Ağayevdən Bolqarıstan - Uels matçında 7 sarı vərəqə
- 15 Okt 2020 18:41
- 622
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununu idarə edib.
Rekord.az xəbər verir ki, o, qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan Bolqarıstan - Uels matçının baş hakimi olub.
Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, Əliyar Ağayevə bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.