
Əliyar Ağayevə UEFA-dan növbəti təyinat
- 2022-08-13 10:21
- 301
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Rekord.az xəbər verir ki, 35 yaşlı baş hakim Latviyada yerli RFS ilə Şimali İrlandiyanın “Linfild” komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.
Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Avqustun 18-də keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.