
Əliyar "vurulur"?
- 12:00
- 139
Ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Sabah” oyununda kobud səhvə yol verən Əliyar Ağayev bu mövsüm ilk dəfə ardıcıl iki turda heç bir oyuna təyinat almayıb. Hətta VAR hakimi kimi də. Burdan belə qənaətə gəlmək olur ki, AFFA Hakimlər Komitəsi Ağayevə həmin səhvi bağışlamayıb. Hakimlər Komitəsinin rəhbəri Frank De Blekere də Ağayevin qərarının səhv olduğunu ictimaiyyətə bildirib. Hansı ki, sədr nadir hallarda bunu edir. Əliyarın statusunu nəzərə alıb hansısa halda onu müdafiə də etmək olardı. Amma Əliyarın heç bir halda müdafiə olunmaması onu düşünməyə əsas verir ki, yeni komitə Ağayevi tədricən arxa plana keçirməyə hazırlaşır. Əvəzində Elçin Məsiyev önə çəkilir.
Rekord.az hələ bir müddət öncə bu haqda xəbər yazmışdı.
Bildirmişdik ki, yeni komitə rəhbərliyi 2025-ci ildə "stavka"nı daha çox Məsiyevə etməyi planlaşdırır və Əliyar belə demək mümkünsə, "vurulan" hədəf olacaq. Hər halda, FİFA refersinin bir səhvə görə iki tur təyinatsız qalması təsadüfi ola bilməz.
Xatırladaq ki, “Neftçi” – “Sabah oyunun 90-cı dəqiqəsində Yuri Matias cərimə meydançasında Coy-Lens Mikelsə qarşı kobud oynayıb, referi “nöqtə”ni göstərməyi lazım bilməyib.