Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Rekord.az xəbər verir ki, 37 ölkədən 416 atletin (194 qadın və 222 kişi) iştirak etdiyi qitə birinciliyində Azərbaycan idmançıları da mübarizə aparıblar.

Bu gün yığmamızın daha bir üzvü - “Relaks-Lerik” İdman Klubunun təmsilçisi Füqan Əliyev də medallar uğrunda mübarizəyə qoşulub. O, yaşı 23-ə qədər olan idmançılar arasında 81 kq çəki dərəcəsində yarışıb.

Füqan birdən qaldırmada 137 kq çəki ilə bu hərəkətdə, təkanla qaldırmada 176 kq-la bu hərəkətdə, həmçinin toplam 313 kq (137+176) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.