Kiprdə təlim-məşq toplanışında olan Rusiyanın “Ufa” klubu növbəti yoxlama oyununun keçirib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi bu komanda Ermənistan təmsilçisi “Urartu” ilə üz-üzə gəlib.

“Ufa” bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0. Azər də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.