Futbol üzrə Rusiya Premyer Liqasında mövsümə yekun vurulub.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da bu mövsüm sonuncu oyununa çıxıb.

Sözügedən komanda 30-cu tur çərçivəsində doğma meydanda Tula “Arsenal”ı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Ufa” 30 oyuna topladığı 38 xalla mövsümü 16 kollektiv arasında 9-cu pillədə başa vurub.