Rusiyanın “Ufa” klubu Kiprdəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Başqırdıstan təmsilçisi Ermənistanın “Ararat” klubuyla qarşılaşıb. Görüş “Ufa”nın 1:2 hesablı məğlubiyyəti ilə bitib.

Əliyev də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 71-ci dəqiqədə əvəzlənib.