Albaniya çempionatında 10-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, bu ölkədə legioner həyatı yaşayan azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.

Zamiq Əliyevli “Eqnatiya” evdə “Dinamo” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Azərbaycanlı müdafiəçi 90 dəqiqə mübarizə aparıb.

Amil Yunanovlu “Bilis” isə evdə “Teuta”ya 4:0 hesabıyla qalib gəlib. Azərbaycanlı hücumçu bu oyunun iştirakçısı olmayıb.

“Eqnatiya” hazırda 16 xalla 2-ci, “Bilis” 8 xalla 9-cudur.