Əliyev üçün 29 dəqiqə və “sarı”
- 04 Noy 2019 11:42
- 811
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 21-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Tekstilşik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb, lakin 29-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməsə də, 15-ci dəqiqədə sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.
“Ximki” 21 turdan sonra 46 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.