Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. "Rekord az" xəbər verir ki, komandamız təsnifat mərhələsində Avstriyanı 3:1 hesabı ilə məğlub edərək bu uğura imza atıb.

Yığmamızın səfərdə çətinlik çəkmədən qələbə qazandığı görüşün ən məhsuldar oyunçusu komandamızdan Odina Əliyeva olub. Təcrübəli hücumçumuz meydan sahiblərini 23 dəfə məyus edib. O, bu xallardan 19-nu hücumda, 4-nü isə blokda qazanıb.

Millimizin heyətində Yelizaveta Ruban 22, Ayşən Abduləzimova 5, Marqarita Stepanenko 5, Olena Xarçenko 4, Mariya Kirilyuk 4, Kristina Besman 3, Nikalina Başnakova 2 dəfə fərqləniblər.