Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyeva Filippin çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Choco Mucho" klubu 2-ci turda "FTL" kollektivi ilə üz-üzə gəlib. 

Səfərdə baş tutan görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. 4 set davam edən matçda Odina və rəfiqələri 3:1 (25:21, 22:25, 25:20, 26:24) hesabı ilə qalib gəliblər. 

Komandasının üç xalla ayrıldığı görüşdə yığmamızın üzvü 27 dəfə fərqlənməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Əliyeva meydan sahiblərini 25 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə eyslə məyus edib.