5-9 dekabrda Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən təlim-məşq toplanışına qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında Leyla Əliyeva da qatılıb.

Rekord.az xəbər verir ki, təlim-məşq toplanışı 20-22 dekabrda İsrailin paytaxtı Qüds şəhərində keçiriləcək Masters turnirinə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, cüdoçumuz hazırlığını Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışında davam etdirəcək.