Albaniyaya kubokunda yarımfinalın cavab oyunları keçirilib.


Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin komandası “Eqnatiya” bu mərhələdə “Partizani” ilə qarşılaşıb.


Evdə keçirilmiş ilk oyunda 0:1 hesabıyla uduzmuş “Eqnatiya” səfərdə 2:0 qalib gələrək finala yüksəlib.


Zamiq bu görüşdə 90 dəqiqə meydanda olub.


Mayın 1-də keçiriləcək final görüşündə “Eqnatiya”nı Tirana “Dinamo”su ilə oyun gözləyir.