Albaniya çempionatında 34-cu turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə “Partizani” ilə qarşılaşıb.


Zamiqin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Əliyev 90 dəqiqə meydanda olub.


Hazırda "Eqnatiya" 58 xalla liderliyini davam etdirir.