Rusiyanın “Ximki” klubu baş məşqçisi Sergey Yuranla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat  yayıb. Xəbərdə, Yuranın müqaviləsinə xitam verildiyi bildirilib.

Yuranın rəhbərlik etdiyi “Ximki” son mövsümdə Premyer Liqaya vəsiqə qazanmış, ölkə kubokunun da finalına yüksəlmişdi. Komanda finalda “Zenit”ə uduzub – 0:1.

Sergey Yuran 2011-ci ildə “Simurq”un baş məşqçisi olub.

“Ximki”də azərbaycanlı futbolçu Kamran Əliyev çıxış edir.