Albaniyada ölkə çempionatının 25-ci turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" evdə "Partizani" ilə qarşılaşıb.


Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əliyev 90 dəqiqə meydanda olub.


Hazırda "Eqnatiya" 48 xalla liderliyini davam etdirir.