Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Krılya Sovetov”la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Ufa” 6 turdan sonra 5 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.