Əliyevli “Ximki” səfərdən xalsız döndü
- 20 Okt 2019 17:20
- 885
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
“Ximki” 18 turdan sonra 37 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.