Əliyevli “Ximki” yarımfinalda
- 06 Mar 2020 12:20
- 836
Futbol üzrə Rusiya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də bu turnirdə növbəti matçını keçirib.
Sözügedən komanda doğma meydanda Moskva “Torpedo”su ilə qarşılaşıb. “Simurq”un sabiq çalışdırıcısı Sergey Yuranın çalışdırdığı “Ximki” bu oyunda 5:1 hesablı drmadağına imza atmaqla yarımfinala yüksəlib.
Kamran da bu görüşün iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb. Əliyevin komandası növbəti mərhələdə “Şinnik” - “Ural” cütünün qalibi ilə üz-üzə gələcək.
Digər yarımfinal görüşü isə Moskva “Spartak”ı ilə “Zenit” arasında keçiriləcək. Azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyevin formasını geyindiyi “Spartak” 1/4 finalda digər paytaxt təmsilçisi ÇSKA-ya 3:2 hesabıyla qalib gəlib. Ayaz bu oyunda sonadək ehtiyatda qalıb.