"Ellada təmsilçiləri"nin sürpriz zəfəri AÇ-2024-ə doğru
- 07 İyn 2024 15:01
- 456
Futbol üzrə 12-ci Avropa çempionatı 2004-cü ildə Portuqaliyada təşkil olundu. Oyunlar 12 iyun-4 iyul tarixində Portuqaliyanın 10 şəhərində keçirildi:
Braqa (Bələdiyyə), Portu (“Draqau”), Gimaraeş (“Afonsu Emrikiş”), Portu (“Bessa”), Aveyru (“Bələdiyyə”), Lissabon (Eştadiu da Luş”), Lissabon (“Joza Alvalade”), Leyria (Maqalyaynş Pessoa”), Faru (“Alqarver”), Koimbra (“Sidadi-di Koimbra”).
AVRO-2004-ün seçmə mərhələsində Avropanın 50 komanda mübarizəyə qoşuldu. Həmin bu 50 komanda hər birində 5 komanda olmaqla, 10 qrupa bölündü. Qrupda ilk pilləni tutan 10 komanda final mərhələyə birbaşa vəsiqə əldə edirdi. İkinci pilləni tutan 10 komanda isə 5 cütə bölünərək pley-off mübarizəsi aparıb daha 5 komandanın adını müəyyən etməli idi. Portuqaliya isə ev sahibi olduğu üçün seçmə mərhələdən azad idi və final mərhələyə birbaşa vəsiqə əldə etmişdi.
Seçmə mərhələ oyunları 2002-ci ilin sentyabrından 2003-cü ilin noyabrına kimi davam elədi. Pley-off mübarizəsindən sonra final mərhələnin bütün iştirakçıları bilindi və noyabrın 30-da Lissabon şəhərində, “Atlantik” pavilyonda qrup mərhələsinin püşkatması keçirildi. Püşk qrupları və komandaları bu cür müəyyənləşdirdi:
A qrupu
Portuqaliya, Yunanıstan, İspaniya, Rusiya
B qrupu
Fransa, İngiltərə, İsveçrə, Xorvatiya
C qrupu
İsveç, Bolqarıstan, Danimarka, İtaliya
D qrupu
Çexiya, Latviya, Almaniya, Niderland
Komandalar yekun heyətlərini 2004-cü il iyunun 2-ə qədər açıqladılar. Hər komanda 3-ü qapıçı olmaq şərti ilə 23 futbolçu sifariş verə bilərdi.
UEFA Avro 2004-ün hakimlərinin siyahısını 4 dekabr 2003-cü il tarixində elan etdi. Yekun siyahıya 12 baş hakim, 24 laysman və 4 ehtiyat hakim daxil edilmişdi. Açılış oyunu iyunun 12-I Portunun “Draqau” stadionunda ev sahibi Portuqaliya ilə Yunanıstan arasında baş tutacaqdı.Turnirin rəsmi topu Adidas şirkəti tərəfindən hazırlanan “Adidas Roteiro” idi.
Turnir Yunanıstan millisinin sürpriz qələbəsi ilə yadda qaldı. Onlar çempionatın açılış oyununda meydança sahibləri Potuqaliyanı məğlub edəndə çoxları bunu təsadüf kimi qəbul etdi. Lakin Otta Rehagelin rəhbərlik etdiyi komanda 1/4 finalda güclü Fransanı da məğlub edincə, hər kəs onları ciddiyə almağa başladı.
Yarımfinalda onlara rəqib olan Çexiya da yunanları tam ciddi rəqib kimi qəbul edirdi. Hətta oyuna çox ciddi, xüsusi motivasiya ilə çıxdılar. Lakin onlar da yunanları dayandıra bilmədi. Rehagelin komandası Fransanın ardından çexləri də minimal hesabla (1:0) məğlub edərək finala yüksəldi.
Finalda isə onlar yendiən portuqaliya ilə üz-üzə gəldilər. Portuqaliya bu matça revanş kimi baxırdı. Həm açılış oyunundakı məğlubiyyətin əvəzini çıxmaq lazım idi, həm də Avropa çempionu adını qazanmaq. Lakin Rehagelin və komandasının nyyəti başqa idi. O qədər baxımlı futbol oynamayan, daha çox standard vəziyyətlərdən vurullan yeganə qolla rəqibərini sıradan çıxardan yunanların bu taktikası finalda da özünü doğurultdu. Haristeasın yeganə qolu Yunanıstan millisinə Avropa çempionluğunu qazandırdı. Avropa çempionatları tarixində ilk dəfə idi ki, turnirin açılış oyununda qarşılaşan komandalar finalda da üz-üzə gəlirdilər
Turnir Almaniya, İtaliya və İspaniya kimi favoritlərin qrupda qalması ilə də yadda qaldı.
Rusiya millisi çempionatın ən kobud komandası kimi yadda qaldı: onun oyunuçları 15 sarı, 2 qırmızı kart aldılar.
Çexiya millisinin futbolçusu Milan Baroş 5 qolla turnirin bombardiri oldu. Turnirin ən yaxşı futbolçusu isə yunanıstanlı Teodoros Zaqorakis seçildi.
A qrupu
Portuqaliya – Yunanıstan 1:2
Qollar: Ronaldo, 90+3 – Karaqunis, 7; Basinas, 51 (pen)
12 iyun, “Draqau”, 48 761 tamaşaçı
Baş hakim: Pyerluici Kollina (İtaliya)
İspaniya – Rusiya 1:0
Qol: Valeron, 60
12 iyun, “Alqarve”, 28 182 tamaşaçı
Baş hakim: Urs Mayer (İsveçrə)
Yunanıstan – İspaniya 1:1
Qollar: Haristeas, 66 – Moryentes, 28
16 iyun, “Bessa”, 25 444 tamaşaçı
Baş hakim: Lüboş Mixel (Slovakiya)
Rusiya – Portuqaliya 0:2
Qollar: Manişe, 7; Ruy Koşta, 89
16 iyun, “Eştadiu da Luş”, 59 273 tamaşaçı
Baş hakim: Terye Hauge (Norveç)
İspaniya – Portuqlaiya 0:1
Qol: Nunu Qomeş, 57
20 iyun, “Joze Alvalade”, 47 491 tamaşaçı
Baş hakim: Anders Frisk (İsveç)
Rusiya – Yunanıstan 2:1
Qollar: Dmitri Kiriçenko, 2; Bulıkin, 18 – Vrizas, 43
20 iyun, “Alqarve”, 24 347 tamaşaçı
Baş hakim: Jil Vessyer (Fransa)
B qrupu
İsveçrə - Xorvatiya 0:0
13 iyun, “Maqalyaynş Pessoa”, 24 090
Baş hakim: Lusiliu Batişta (Portuqaliya)
Fransa – İngiltərə 2:1
Qollar: Zidan, 90+1, 90+3 (pen) – Lempart, 38
13 iyun, “Eştadiu de Luş”, 62 487 tamaşaçı
Baş hakim: Markus Merk (Almaniya)
İngiltərə - İsveçrə 3:0
Qolar: Runi, 23, 75” Cerrard, 82
17 iyun, “Sidadi-di-Koimbra”, 28 214 tamaşaçı
Baş hakim: Valentin İvanov (Rusiya)
Xorvatiya – Fransa 2:2
Qollar: Rapaiç, 39 (pen); Prşo, 52 – Tudor, 22 (avtoqol); Trezeqe, 64
17 iyun, “Maqalyaynş Pessoa”, 29 160 tamaşaçı
Baş hakim: Kim Milton Nilsen (Danimarka)
Xorvatiya – İngiltərə 2:4
Qollar: N, Kovaç, 5; Tudor, 73 – Skoulz, 40; Runi, 45, 68; Lempart, 79
21 iyun, “Eştadiu de Luş”, 57 047 tamaşaçı
Baş hakim: Pyerluici Kollina (İtaliya)
İsveçrə - Fransa 1:3
Qollar: Fonlanten, 26 – Zidan, 20; Anri, 76, 84
21 iyun, “Sidadi-di-Koimbra”, 28 111 tamaşaçı
Baş hakim: Lüboş Mixel (Slovakiya)
C qrupu
Danimarka – İtaliya 0:0
14 iyun, “Afonsu Enrikiş”, 29 595 tamaşaçı
Baş hakim: Mexuto Qonsales (İspaniya)
İsveç – Bolqarıstan 5:0
Qollar: Yunberq, 32” Larsson, 57, 58; İbrahimoviç, 78 (pen); Albek, 90
14 iyun, “Joze Alvalade”, 31 652 tamaşaçı
Baş hakim: Mayk Rayli (İngiltərə)
Bolqarıstan – Danimarka 0:2
Qollar: Tomasson, 44; Qronkyayer, 90+2
18 iyun, “Braqa Munisipal”, 24 131 tamaşaçı
Baş hakim: Lusiliu Batişta (Portuqaliya)
İtaliya – İsveç 1:1
Qollar: Kassano, 37 – İbrahimoviç, 85
18 iyun, “Draqau”, 44 926 tamaşaçı
Baş hakim: Urs Mayer (İsveçrə)
İtaliya – Bolqarıstan 2:1
Qollar: Perrotta, 48; Kassano, 90+4 – M. Petrov, 45 (pen)
22 iyun, “Afonsu Enrikiş”, 16 002 tamaşaçə
Baş hakim: Valentin İvanov (Rusiya)
Danimarka – İsveç 2:2
Qollar: Tomasson, 28, 66 – Larsson, 47 (pen); Yunson, 89
22 iyun, “Bessa XXI”, 26 115 tamaşaçı
Baş hakim: Markus Merk (Almaniya)
D qrupu
Çexiya – Latviya 2:1
Qollar: Baroş, 73; Haynts, 85 – Verpakovskis, 45
15 iyun, “Munitsipal de Averyu”, 21 744 tamaşaçı
Baş hakim: Jil Vessyer (Fransa)
Almaniya – Niderland 1:1
Qollar: Frinqs, 30 – van Nisterloy, 81
15 iyun, “Draqau”, 48 197 tamaşaçı
Baş hakim: Anders Frisk (İsveç)
Latviya – Almaniya 0:0
19 iyun, “Bessa XXI”, 22 344 tamnaşaçı
Baş hakim: Mayk Rayli (İngiltərə)
Niderland – Çexiya 2:3
Qollar: Bauma, 4; van Nisterloy, 19 – Koller, 23; B aroş, 71; Şmitser, 88
19 iyun, “Munitspial de Averyu”, 29 935 tamaşaçı
Baş hakim: Mexuto Qonsales (İspaniya)
Niderland – Latviya 3:0
Qollar: van Nisterloy, 27 (pen), 35; Makay, 64
23 iyun, “Braqa Munisipal”, 27 904 tamaşaçı
Baş hakim: Kim Milton Nilsen (Danimarka)
Almaniya – Çexiya 1:2
Qollar: Ballak, 21 – Haynts, 30; Baroş, 77
23 iyun, “Joze Alvalade”, 48 849 tamaşaçı
Baş hakim: Terye Hauge (Norveç)
1/4 final
Portuqaliya – İngiltərə 2:2 (pen 6:5)
Qollar: Poştiqa, 83; Ruy Koşta, 110 – Ouen, 3; Lempard, 115
24 iyun, “Eştadiu da Luş”, 65 000 tamaşaçı
Baş hakim: Urs Mayer (İsveçrə)
Fransa – Yunanıstan 0:1
Qol: Haristaes, 65
25 iyun, “Joze Alvalade”, 45 390 tamaşaçı
Baş hakim: Anders Frisk (İsveç)
İsveç – Niderland 0:0 (pen 4:5)
26 iyun, “Eştadiu Alqarve”. 30 000
Baş hakim: Lübo. Mixel (Slovakiya)
Çexiya – Danimarka 3:0
Qollar: Koller, 49; Baroş, 63, 65
27 iyun, “Draqau”, 41 092 tamaşaçı
Baş hakim: Valentin İvanov (Rusiya)
Yarımfinal
Portuqaliya – Niderland 2:1
Qollar: Ronaldo, 26; Manişe, 58 – Andrade, 63 (avtoqol)
30 iyun, “Joze Alvarade”, 46 679 tamaşaçı
Baş hakim: Anders Frisk (İsveç)
Yunanıstan – Çexiya 1:0
Qol: Dellas Şablon, 96 (gümüş qol)
1 iyul, “Draqau”, 42 449 tamaşaçı
Baş hakim: Pyerluici Kollina (İtaliya)
FİNAL
Portuqaliya – Yunanıstan 0:1
Qol: Haristaes, 57
4 iyul, “Eştadiu da Luş”, 62 856 tamaşaçı
Baş hakim: Markus Merk (Almaniya)
Hazırladı: Anar XANLAROV