Elmar Baxşıyev: “Komanda şəklində zəif oynadıq”
- 24 Noy 2019 19:14
- 1034
"Qəbələ" klubunun məşqçisi Elmar Baxşıyevin Premyer Liqanın 12-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, Baxşıyev 1:4 hesabıyla başa çatan oyunu belə şərh edib:
- Həftəlik proqramda "Neftçi"yə qarşı fərdi hazırlaşmışdıq. İstəyimiz rəqibi əks-hücumlarda yaxalamaq idi. İstədiyimizi edə bilmədik. Stabilliyimizi qoruya bilmirik.
- Stabilliyi qoruya bilməməyinizə səbəb nədi?
- Komandanın cavan heyətinin olmasıdı. Təcrübəli oyunçular stabilliyi qoruyur. Komandalar arasında səviyyə fərqi də var. "Neftçi" bir neçə komponentdə bizdən üstün idi.
- "Qəbələ" son sıradadı və maliyyə problemləri var Bundan sonrakı gedişat necə olacaq?
- Sponsor məsələsi bizə aid deyil. Bizim işimiz komanda və oyunçularla bağlıdı. Düşünürəm ki, "Qəbələ" yaşayacaq.
- Komanda ümumi olaraq pis oynadı, yoxsa fərdi baxımdan?
- Komanda şəklində zəif oynadıq. Buraxılan qollar isə fərdi səhvlərdən irəli gəlirdi. "Neftçi"nin futbolçularının ustalıq səviyyəsi də yüksək idi.
- Komandanın "Neftçi" qarşısında aciz qaldığını demək olar?
- Xeyr. (komanda.az)