Elmar Baxşıyev: "Milli komandanı da düşünmək lazımdır"
- 11:00
- 46
"Araz Naxçıvan"ın baş məşqçisi, Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev legioner limitinin ləğvi ilə bağlı gedən müzakirələrə münasibət bildirib.
Rekord.az-a açıqlama verən 44 yaşlı məşqçi fikirlərini bu cür izah edib: "Qərar verən şəxslər bizim fikirləimizin üstündə qalmayacaq. Ümilikdə limitin tam ləğvi öz təsirini göstərəcək. Bütün komandalar sırf əcnəbilərdən ibarət olacaqsa, bunun sıxıntısını yaşayacayıq. Futbolu varlı-kasıba bölmək düzgün deyil. Kimsə öz prizmasından yanaşırsa. məncə, səhv fikirləşir. Futbol hamı üçün eyni olmalıdır. Necə ki, klubları düşünürlər, bizim üzümüz milli komandadır, milli komandanı da düşünmək lazımdır".