Elmar Baxşıyev: “Nə etmişik ki, rahat olaq?”
- 11 Sen 2021 20:26
- 475
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Çətin səfər oyunu olacağını bilirdik. Rəqibin yaxşı heyəti var. "Sabah" oyunu ilə seçilən komandadır. Meydanda istədiklərimizi edə bildiki və layiqli qələbə qazandıq.
- Fasilədən sonra komandanın arxaya çəkilməsi taktiki gediş idi?
- Komandanı müdafiədə saxlamaq tapşırığı verməmişdik. "Sabah"ın hücumda yaxşı oyunçuları var. Onları öz qapımızda qarşılamağa məcbur olduq. İkinci planımız əks-hücumlar idi ki, bunu da yerinə yetirə bildik.
- Arxada qalan 3 turda 6 qol vurduz. Komandada nə dəyişib?
- Ötən il daha çox qol epizoduna girirdik, ancaq dəyərləndirə bilmirdik. İndi isə az epizoda girib, qol vura bilirik.
- Nəticələrdən sonra hədəflər dəyişirmi?
- Sırf Avroliqaya gedək deyə bir hədəf yoxdur. Bütün diqqətimiz növbəti oyundadır.
- Əlinizdəki heyət kifayət edir?
- Güclənməyə ehtiyacımız var. Hücumameyilli bir oyunçumuz da olsa, kifayətlənərik.
- Qarşınızda bir məqsəd olmadığı üçün rahatsız, yoxsa necə?
- Bu klub məşqçiyə inamı verir. İstər mən olum, istər başqası. Biz özümüz də komandaya təsir etmirik. İstəyirik ki, onların yanaşmasını düzəldək, aşılayaq ki, nə üçün meydana çıxır.
- Belə rahatlıq hansısa fəsadlara yol aça bilərmi?
- Nə etmişik ki, rahat olaq?
- Asif Məmmədovun durumu nə yerdədir?
- Zədəsi ciddi deyil. O, bizim üçün önəmli futbolçudur. Hücumları bəzən Asifin üzərində qururuq. Onun davamçısı da gəlir - Emin Səfərov.
- Omar Hanini oyuna nə üçün gec buraxdız?
- Hələ hazır deyil. Bir ay futbolsuz qalıb və cəmi bir həftə komanda ilə məşqlərə başlayıb. O, getdikcə daha yaxşı çıxış etməyə qadirdir.