Mozambik millisinin düşərgəsindən gələn Klesio Bauk əslində "Zirə"yə qarşı oynamalı imiş.

Rekord.az-ın əldə etdiyi məlumata görə, millinin düşərgəsindən yeni, həm də kiçik zədə ilə qayıdan futbolçuya baş məşqçi Elmar Baxşıyev istirahət verməyi düşünürmüş.

Lakin futbolçu özü israrla baş məşqçidən onun adını iştirak ərizəsinə salmağı xahiş edib. 

Qeyd edək ki, 67-ci dəqiqədə Samuel Tettehin əvəzinə meydançaya daxil olan Bauk, 83-cü dəqiqədə zədələnərək yerini Mehrac Baxşalıya verib.